Ana səhifə / Tibb / BDU-nun yataqxanasında zəhərlənmə: tələbələrdən biri ölüb, ikisinin vəziyyəti ağırdır

BDU-nun yataqxanasında zəhərlənmə: tələbələrdən biri ölüb, ikisinin vəziyyəti ağırdır

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə baş verib, bir nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-un sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə təcili tibbi yardıma məlumat saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Təcili tibbi yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağzından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir, müalicələri davam edir.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …