Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Baytarlıq aptekindən aldığı dərmandan mal-qarası tələf oldu

Baytarlıq aptekindən aldığı dərmandan mal-qarası tələf oldu

Bərdədə fərdi təsərrüfatların birində mal-qara dərmandan zəhərlənərək tələf olub. Təsərrüfat sahibinə xeyli miqdarda ziyan dəyib.

Hadisə rayonun Mehdili kəndində baş verib.

Təsərrüfat sahibi, Laçın rayonundan məcburi köçkün olan Yasəmən İsmayılovaya məxsus təsərrüfatda dörd baş iribuynuzlu heyvan tələf olub.

Altı baş heyvanın vəziyyəti ağırdır. O iddia edir ki, tələfata səbəb baytarlıq aptekindən aldığı dərman preparatı olub.

Təsərrüfat sahibi baş verən hadisə zamanı ona 5 min manata yaxın ziyan dəydiyini bildirir. Oxu.az

Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …