“Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, mən, ictimai vəkil
Samir Zeynalov 27.05.2019-cu il tarixdə Baku Medical Plaza-nın Babək
filalında plastik-estetik cərrah Dr. Siruz Qocxani tərəfindən icra
edilmiş liposaksiya əməliyyatı nəticəsində dünyasını dəyişən mərhumə
Sona Gürgün Vəliyevanın həyat yoldaşı və hüquqi varisi Cem Gürgünün
etibarnamə üzrə səlahiyyətli nümayəndəsiyəm”.
Mia.az xəbər verir ki, bu sözləri Samir Zeynalov sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, 07.08.2019-cu il tarixdə “musavat.com” saytında
“Paytaxtda iki nəfəri öldürən şəxsin (Sirus Qoçqani) cərrah olmadığı
üzrə çıxdı” başlıqlı məlumat xarakterli yazı dərc edilib:
“Həmin
ictimai rezonans doğuran və təkzib edilməyən məlumatdan sonra mən
məlumatın həqiqi olub-olmaması haqqında ilk dəfə maraqlı şəxs Sirus
Qoçqaniyə 08.08.2019-cu il tarixdə şifahi sorğu ilə müraciət etdim.
Lakin o, müraciətimi dəfələrlə cavabsız qoyaraq mənim ünvanınma
qeyri-etik və aqressiv təmayüllü sözlər deməklə kifayətləndi.
Mən
bu barədə ikinci dəfə 13.08.2019-cu il tarixdə Baku Medikal Plazanın
Babək filalının rəhbərliyinə müraciət etdim. 21.08.2019-cu il tarixdə
özünü klinikanın Babək filalının direktoru kimi təqdim edən cənab Pərviz
Şükürovla şəxsən görüşüm baş tutdu. Cənab P.Şükürov görüş əsanasında
mənə tam əminlik və arxayınçılıqla bildirdi ki, Sirus Qoçqanin
sertifikasiyası və müvafiq cərrah ixtisası üzrə diplomu mövcuddur. Daha
sonra mənə bildirdi ki, 23.08.2019-cu il tarixdə mənə ya yazılı, ya da
şifahi qaydada cavab verəcəkdir. Lakin Pərviz Şükürov bu vədinə əməl
etmədi və mənim telefon nömrəmi öz təşəbbüsü ilə götürən cənab Şükürov
onunla bu məsələ ilə bağlı əlaqə yaratdığım zaman dəfələrlə məni
tanımadığını bəyan etdi.
Bu
barədə üçüncü, yəni axırıncı yazılı soruğumu 16.08.2019-cu il tarixdə
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim etdim. Nazirliyin
mənə bu gün çatan 29.08.2019-cu il tarixli 5-59/Z-3969/6№-li cavab
məktubunu oxuyub dilemmatik dəhşətə gəlməmək mümkün deyil. Belə ki,
həmin sorğuda aşağıdakı kimi qeyd edilir:
“Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığınız sorğuya baxılmışdır.
Bildiririk ki, “Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının
Qanununa” əsasən fərdi məlumatların üçüncü şəxsə verilməsinə yalnız
subyketin razılığı ilə yol verilir.
Kadrlar ET şöbəsinin müdiri Səidə Rüstəmova”.
Samir Zeynalov bildirib ki, nazirlik bununla da aşağıdakı xətalara yol verib:
1).
İnfomasiya əldə etmək Azərbaycan Respublikasının İnformasiya Əldə Etmək
Haqqında Qanunu və Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci
maddəsi ilə tənzimlənir. Belə oian halda da tərəfimdən verilən sorğunun
icra olunmamasının “əsaslı” səbəbi fərdi məlumatlar haqqında qanuna yox,
informasiya əldə etmək haqqında qanuna istinad edilməli idi.
2).
Tibb mütəxəssisin sertifikasiyası haqqında məlumatlar fərdi məlumatlar
kateqoriyasına daxil deyil və əldə edilməsi məhdudlaşdırılmır.
İnformasiya
əldə etmək haqqında qanunun 3.0.2-ci maddəsində fərdi məlumatların
şərhi haqqında qeyd edilir: şəxsi və ailə həyatına dair məlumat (bundan
sonra – fərdi məlumat) – şəxsiyyəti birbaşa və ya dolayısı ilə
identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər
barədə faktlar, rəylər, bilgilər;
Eləcə də həmin qanunun 38-ci maddəsində fərdi məlumatlarla bağlı qeyd edilir:
Fərdi
məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə
olunmasına əhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar
aşağıdakılardır:
qanunla
müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə
dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları,
əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar;
38.2.2. etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;
38.2.3.
cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın
gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq
pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların
mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına
çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət
mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
38.2.3-1. şəxsin məhkumluğu barədə məlumatlar;
38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar;
38.2.5. şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;
38.2.6. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;
38.2.7. ruhi və fiziki əzablara dair məlumatlar;
38.2.7-1. şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;
38.2.8. vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;
38.2.9. maliyyə əməliyyatları barədə məlumatlar.[23]
38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:
38.3.1. cinsi həyat haqqında məlumatlar;
38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;
38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar.
Göründüyü
kimi şəxsin sertifikasiyasının olub-olmaması haqqında məlumat fərdi
məlumat kateqoriyasına aid deyildir və ölkənin səhiyyə sahəsinə cavabdeh
olan qurumun məsul əməkdaşı fərdi məlumatların nələrdən ibarət
olduğunu, ümumiyyətlə fərdi məlumat anlayışı haqqında müvafiq
qanunvericiliyin hansı şərhi verdiyini bilmir.
Fərz
edək ki, Səhiyyə Nazirliyi verdiyi cavabında haqlıdır. Məktubda qeyd
olunan fikirdən ifadə olunur ki, Sirus Qoçqani özünün sertifikasiyasının
olub-olmaması haqqında sorğunun icra olunmasına dair nazirliyə yazılı
razılıq təqdim etməlidir. Sirus Qoçqani isə bunu etməyib.
Nəticə etibarı ilə əsas olaraq Sirus Qoçqaniyə suallar olunur:
Nədən qorxurursan, nədən çəkinirsən?
Niyə sertifikasiyanın olub-olmaması haqqında verilən sorğunun icrası üçün razılıq bildirmirsən?
Və ya şəxsən özün, niyə sənə ünvanlanan sorğunu cavabsız qoyursan?
Belə
çıxır ki, doğurdan da sənin haqqında yayılan məlumatlar həqiqətə
adekvatdır və sən bu barədə razılığını susmağınla, nazirliyə yazılı
razılıq təqdim etməməyinlə ifadə edirsən”.
Məsələ ilə bağlı qarşı tərəfdən münasibət ğyrənə bilmədik. Ancaq yazıda adları çəkilənlərin mövqeyini də dinələməyə hazırıq.
Ana səhifə / Tibb / Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır – Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Həmçinin oxuyun
Sarımsağın bu ziyanlarını bilirsiniz?
Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …