Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Tibb / “Baku City Hopsital”dan şikayət: – “Ayağıma baxmadan dedi, əməliyyat lazımdı”

“Baku City Hopsital”dan şikayət: – “Ayağıma baxmadan dedi, əməliyyat lazımdı”

Bakı sakini Lətifə Civəzadə “Baku City Hopsital”dakı şərait və xidmətdən şikayətçidir.

Şikayətçi deyir ki, “Baku City Hopsital”da müştəri xidmətləri çox aşağı səviyyədədir, pasiyentlərə qarşı çox kobud və etinasız davranırlar.

L.Civəzadə deyir ki, klinikanın travmatologiya üzrə ixtisaslaşmasına baxmayaraq, orada pandus belə yoxdur: “Pilləkənləri tək ayaqla oppanaraq qalxıb düşürsən. İnar adlı həkim adi bir sınığa elə foyedəcə dedi ki, əməliyyat lazımdır, sonra ayağıma çox ağrılı manipulyasiya edərək səhv gips qoydu. Axşam ağrılarım dözülməz həddə çatdıqda həkimə zəng etdim, cavabında isə “yəqin çox sıxdı, gedin çıxarsınlar” deyildi, xəstəxanaya sınıqla gəlsəm də, nə bülleten açıldı, nə əlimdə bir rentgen filmi var”.

Ayağındakı problemlə bağlı şəkilləri redaksiyamıza təqdim edib.

Xəstəxanadan məsələ ilə bağlı münasibət öyrənməyə çalışsaq da, faktla bağlı heç bir açıqlama verməyiblər. \\Medicina.az

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …