Ana səhifə / Tibb / “Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır”

“Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır”

“AstraZeneca” qat-qat yüksək texnologiyada hazırlanmış peyvənddir və kifayət qədər yüksək effektə malikdir.

Trend-in məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, sözügedən peyvənd digərlərindən ucuz olduğu üçün, müəyyən şirkətlər kommersiya məsələlərinə toxunur: “Mən hesab edirəm ki, vaksinin kifayət qədər ucuz olması, müəyyən kommersiyaya məsələlərinə toxunur, bu səbəbdən bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır. İnsanlar nədənsə elə koronavirusun başladığı ilk gündən daha çox yalan informasiyaların dalınca gedirlər”.

A.Qeybulla bildirib ki, Britaniyada milyonlara insan bu vaksindən peyvənd olunub: “Bəli, əks-təsirə məruz qalanlar da olub və belə müəyyən edilmişdir ki, trombositlərin sayı aşağı olan bəzi insalarda beyinin əsas venalarında tromboz halları baş verir. Bu da öz növəbsində insultlara gətirib çıxara bilər. Belə bir problemi olan şəxslər isə ən azından qabaqcadan yoxlana və həmin xəstə ilə bağlı müəyyən tədbirlər görülə bilər. Ancaq yenə də vurğulamaq lazımdır ki, bu problem kütləvi halda deyil”.

Həmçinin oxuyun

Bu gündən Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanır

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər “COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı …