Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Azərbaycanlı böyrək xəstəsi “Ginnesin rekordlar kitabı”na namizəddir (VİDEO)

Azərbaycanlı böyrək xəstəsi “Ginnesin rekordlar kitabı”na namizəddir (VİDEO)

Ən böyük böyrəyə sahib Rövşən Abbasov. Goranboyun Veyisli kəndində məskunlaşan, əslən Kəlbəcərdən olan 52 yaşlı Rövşən Abbasov “Ginnesin rekordlar kitabı”na namizəddir. Dəfələrlə həkimə müraciət edən xəstəni əmin ediblər ki, hər hansı fəsad olmayacaq. Amma 3 il sonra xəstə koma vəziyyətində Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edib.
Bu barədə modern.az-a açıqlamasında xəstəxananın uroloqu, Uzm.DR. Zamin Həşimovməlumat verib.
Z.Həşimov deyib ki, xəstə 3 ilə yaxındır polikistik böyrək xəstəliyindən əziyyət çəkirmiş: “Böyrəkləri çalışmadığından xəstə davamlı olaraq dializə gedib. Getdikcə böyrəklərin ölçüləri də böyüyüb. Böyrəklər o qədər böyüyüb ki, xəstə ayağa qalxa bilməyib, yeməkdən də imtina edib. Şişmiş böyrəklər digər bütün orqanları sıxışdırıb. Xəstə həftədə iki dəfə dializə gedib”.
Ağır vəziyyətdə xəstəxanaya gətirilən xəstə Rövşən Abbasov dərhal əməliyyata alınıb: “Onun vəziyyəti bizim tərəfimizdən dəyərləndirildikdən sonra təcili əməliyyata alındı. Xəstənin çalışmayan, ölçüləri həddindən artıq böyüyən böyrəkləri çıxarıldı. Məlum oldu ki, ümumilikdə 12 kiloqram 800 qramdak şişən böyrəklərdən – sağ böyrəyin çəkisi 6 kiloqram 900 qrama, sol böyrəyin çəkisi isə 5 kiloqram 900 qrama çatıb. Hazırda xəstə özünü çox yaxşı hiss edir. Normal həyat fəaliyyətinə davam edir. Bir neçə aydan sonra icra olunacaq böyrəkköçürmə əməliyyatına hazırlaşır. Hazırda özü avtomobil idarə edir, dializə sərbəst şəkildə gedib-gəlir”.
Həkim deyib ki, Rövşən Abbasov “ən böyük böyrəyə sahib şəxs kimi “Ginnesin rekordlar kitabı”a müraciət edib: “Ginnesin rekordlar kitabı”na bu nominasiya üzrə ən son Dubaydan olan 4 kiloqram 250 qram böyrəyə sahib xəstə düşüb”.
Qeyd edək, Rövşən Abbasovun qardaşı illər əvvəl məhz bu xəstəlikdən dünyasını dəyişib.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …