Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Tibb / Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi – VİDEO

Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ”Jiquli”də gəldi – VİDEO

Ağdaş rayonunda səhiyyə adına utanc gətirən hadisə baş verib. Criminal.az saytı xəbər verir ki, xəstələnmiş uşaq üçün təcili yardım çağırılıb. Həkimlər isə təcili yardım maşınında deyil, ”VAZ-21011” markalı köhnə avtomobildə gəliblər. Onlar uşağı elə həmin köhnə avtomobillə xəstəxanaya çatdırıblar.
Həkim təcili yardım maşını ilə gəlməməsinin səbəbini xəstənin uzaqda olması ilə izah edib.
Ağdaş rayon Mərkəzi Xəstəxanasının baş həkimin mövqeyini öyrənmək mümkün olmadı. Xəstəxanadan Criminal.az saytına bildirildi ki, baş vermiş hadisə araşdırılacaq.
Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …