Ana səhifə / Tibb / Azərbaycanda tibbi sığorta ilə edilən ən bahalı əməliyyatlar – SİYAHI

Azərbaycanda tibbi sığorta ilə edilən ən bahalı əməliyyatlar – SİYAHI

İcbari Tibbi Sığortanın vətəndaşlar üçün ödənişsiz icra etdiyi mürəkkəb əməliyyatlardan ən bahalısı 24 min manatdır.

Bakupost.az Azərbaycanda pulsuz icra olunan ən bahalı əməliyyatları araşdırıb.

Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər içərisində ən yüksək qiymətli əməliyyatlar aşağıdakılardır:

• Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi – 24000 manat
• Böyük damarların transpozisiyasının total korreksiyası – 14000 manat
• Abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) – 12000 manat
• Torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) – 12000 manat
• Ümumi arterial kotük defektinin total bərpası – 10000 manat
• İki-boşluq cihazın ilkin taxılması, üç elektrodlu (ÜRTK-D) – 10000 manat
• Sol qulaqcıq artımın cihazının taxılması – 9000 manat
• Total anormal pulmonar venoz bağlantının total bərpası – 8000 manat
• Sağ mədəcik və pulmonar arteriya arasında şuntun yaradılması – 8000 manat

Göründüyü kimi, bütün dünyada olduğu kimi ən bahalı əməliyyatlar damar, ürək-damar sistemi, damar dəyişdirilməsi, bərpası, ürəyə cihaz yerləşdirilməsi üzrədir.

Eləcə də oynaqların endoprotezləşməsi əməliyyatı da 7-8 minlik əməliyyatlar sırasındadır.

Koxlear implantasiya əməliyyatı üçün limit sayı 300-dür, endoprotezləşdirmə əməliyyatının limit sayının isə 300-dən 1100-ə qədər artıb.

Qeyd edək ki, ölkə üzrə işləməyən və sığorta haqqı ödəməyən şəxslərin İcbari Tibbi Sığortadan istifadə müddəti 2024-cü ilə kimidir.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …