Ana səhifə / Tibb / Azərbaycanda hər 100 min nəfərdən 433-ü bu xəstəlikdən əziyyət çəkir

Azərbaycanda hər 100 min nəfərdən 433-ü bu xəstəlikdən əziyyət çəkir

“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur. 

Həmçinin oxuyun

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

“Kontrastlı KT, angioqrafiya və bir çox kontrastlı rentgen müayinələrində istifadə edilən “Ultravist” kontrast maddəsi həm …