Ana səhifə / Tibb / Azərbaycanda bu xəstəliyə tutulan uşaqların 80 faizi ölür

Azərbaycanda bu xəstəliyə tutulan uşaqların 80 faizi ölür

“Azərbaycanda 1000 uşaqdan təxminən 8-14-ü ürək qüsurlu dünyaya gəlir”.
AzVision.az–ın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı millət vəkili Rəşad Mahmudov deyib.
Deputat bildirib ki, bu uşaqların 25 faizi dünyaya gəldikləri ilk ay ərzində, 60 faizi 6 ayda, 80 faizi isə 1 il ərzində həyatını itirir:
“Hesablanan rəqəmlərə görə, problemlərin həlli üçün Azərbaycanda ildə 800-1000 əməliyyat aparıla bilər. Hazırda bunun 10 minə çatdırılması üçün işlər görülür. İlkin göstəricilərə görə, bunun üçün 15 milyon manata yaxın vəsaitə ehtiyac var. Bu gün dövlət xəstəxanasında 250-yə yaxın uşağın əməliyyatı təşkil olunur. Amma, bununla bağlı dövlət proqramı yoxdur. Hesab edirəm ki, Azərbaycan dövləti üçün çox kiçik həcmli vəsait dövlət proqramı çərçivəsində bu il və ya gələn il Səhiyyə Nazirliyinə təqdim olunsun”.
R.Mahmudov vurğulayıb ki, gələcəkdə canımızı əmanət edə biləcəyimiz səhiyyənin olmasını və bunun inkişaf etməsini arzulayırıqsa, səhiyyəyə qarşı iqtisadi baxışa nəzər salınmalıdır.

Həmçinin oxuyun

Sarımsağın bu ziyanlarını bilirsiniz?

Sarımsaq həm qida, həm də dərmandır. Amma onun da çox yeyilməsinin bir çox orqanlara mənfi …