Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Tibb / Azərbaycan alimləri yeni dərman preparatı hazırladı (VİDEO)

Azərbaycan alimləri yeni dərman preparatı hazırladı (VİDEO)

Bitkiçilik və heyvandarlıqda zərərvericilərə qarşı məhz ölkəmizdə istehsal edilən dərman preparatından istifadə edilə bilər.
Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutunun alimləri İAF- 1 adlı dərman preparatı hazırlayıblar. Dərman vasitəsi uğurla sınaqdan keçirilib.
Hazırda kartofçuluq sahəsində kolorado böcəyinə qarşı mübarizədə xarici ölkələrdən gətirilmiş dərmanlardan istifadə edilir. İqtisadi səmərələliyinə görə “IAF-1” analoji preparatlarla müqayisədə iki dəfə ucuz başa gəlir.
Neft-Kimya prosesləri İnstitutunun laboratoriya müdiri Çingiz Rəsulov deyir ki, dərmana Azərbaycanda patent alınıb və kütləvi istehsal üçün kənd təsərrüfatı nazirliyinə təqdim edilib. Bu dərman preparatından istifadə çox asandır.Belə ki, məhlulu su ilə qarışdırıb toxum səpinindən sonra torpağa çiləmək lazımdır.
Yaxın gələcəkdə sözügedən dərman preparatının kütləvi olaraq istəhsalına və tətbiqnə başlanılacaq.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …