Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Tibb / “Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB rəsmisi

“Azərbaycanda tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var” – TƏBİB rəsmisi

“Tibb müəssisəsinin işi tibbi tullantıları xəstəxanada toplayıb təhvil verənə qədərdir. Bu mərhələdən sonra – tibbi tullantıların daşınması ilə bağlı ciddi problemlər var”.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi ilə bağlı keçirdiyi canlı yayımda bildirib.
O qeyd edib ki, bütün dünyada məsələn, Türkiyədə belə tullantılar bələdiyyə tərəfindən aparılır: “Bu, xəstəxananın özünün daşıya biləcəyi bir yük deyil. Çünki xəstəxananın özündə bunun utilizasiyası problem yarada bilər. Biz də hazırda bu istiqamətdə çalışırıq. Çünki xəstəxana ancaq həmin tullantıları toplayıb müvəqqəti saxlaya bilər”.

Y. Qarayeva həmçinin qeyd edib ki, xəstəxana daxilində tibbi tullantıların ayrılması baş verir. Tibb müəssisəsi tullantıları infeksion və ya qeyri-infeksion (məişət) tullantılarına ayırır.

Həmçinin oxuyun

Tualetə əsla telefonla girməyin: Bu xəstəliyə səbəb olur – VİDEO

Müasir dövrdə demək olar ki, hər kəs telefondan asılı bir vəziyyətə düşüb. Hətta bir çoxlarımız …