Şənbə , Noyabr 28 2020
Ana səhifə / Tibb / Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? – Açıqlama

Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı varmı? – Açıqlama

“Ümumiyyətlə, ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Koronavirusdan əvvəl də tibb sahəsində həkim qıtlığı mövcud deyildi. Amma pandemiya gözlənilməz oldu və heç bir ölkənin səhiyyə sistemi bunu gözləmirdi”.

“Report”xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Tibb işçilərini isə haradansa gətirmək olmur, çünki bu gün bütün ölkələrin tibb işçisinə ehtiyac var. Tibb işçilərimiz böyük yük altında çalışırlar. Ona görə də təcili yardım sahəsində həkimlərin qəbulu elan edilib ki, iş yükü azalsın”, – o bildirib.

Həmçinin oxuyun

Qorxulu yuxuların faydası

Yuxular insanları potensial olaraq təhlükəyə hazırlamağa qadirdir. Bu nəticəyə “Human Brain Mapping” jurnalında öz tədqiqatlarını …