Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Azərbaycanda meyitdən orqan götürülməsinə az qalıb – Səhiyyə naziri

Azərbaycanda meyitdən orqan götürülməsinə az qalıb – Səhiyyə naziri

Azərbaycanda meyit donorluğu ilə bağlı kifayət qədər böyük iş görülür. Təlimlər keçirilir, artıq beyin ölümü meyarları qəbul olunur.

Medicina.az məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri həyata keçirilir.
“İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”, – deyə nazir əlavə edib.

Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …