Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Tibb / Azərbaycanda insanların ürəyini məhv edən 3 vərdiş

Azərbaycanda insanların ürəyini məhv edən 3 vərdiş

Ürək-damar xəstəliklərinə səbəb olan və ömrü qısaldan amillər, vərdişlər içində ən təhlükəli 3 səbəb açıqlanıb.

Avropa kardioloqları ürəyi “öldürən” əsas faktorlardan birinin stress, həyəcan, fikir çəkmək olduğunu deyib.
Daim həyəcan keçirmək adrenalinin qanda miqdarını artırır, bu isə ürəyin düşmənidir.
Məşhur kardioloq Riqved Tadvalkaranın fikrincə, təşviş, əsəb nəticəsində arterial təzyiq yüksəlir, ritm pozulur, ürək əzələsi zəifləyir, damarlar spazmlı olur, orqanın ehtiyatı üzülür.İkinci səbəb qeyri-düzgün qidalanmadır. Hər gün yağlı qida, xəmir, un, çörək, ət yeyən insanlarda ürək sıradan çıxır.
Üçüncü səbəb – zəif fiziki aktivlikdir. Az hərəkət, oturaq iş, idmandan uzaq olmaq damarlarda ateroskleroza səbəb olur və bu da ürək ağrısı, ürək tutmasına gətirib çıxarır.
Bundan qaçmaq üçün Tadvalkar gündə 30 dəqiqə yüngül idman, kardio məşq və açıq havada gəzməyi tövsiyə edir.
Azərbaycan əhalisində ürəyi üzən, tükənməsinə səbəb olan bu 3 faktor illərdir həyat tərzimizə çevrildiyi üçün son zamanlar ürək xsətəliklərinin geniş yayılmasının səbəbi məlum olur. BakuPost

Həmçinin oxuyun

Xeyirxah və alicənab iş adamı Xuraman Muradova örnəyi

Xeyirxahlıq insanın dostu, yoldaşı və qardaşıdır. Bu insanlar elə anadan xeyirxah doğulurlar, onların bu xüsusiyyəti yaşa …