Bazar ertəsi , Avqust 15 2022
Ana səhifə / Tibb / Azərbaycanda hər 100 min nəfərdən 433-ü bu xəstəlikdən əziyyət çəkir

Azərbaycanda hər 100 min nəfərdən 433-ü bu xəstəlikdən əziyyət çəkir

“2020-ci ildə Azərbaycanda anemiyalardan əziyyət çəkən 43 188 nəfər qeydiyyata alınıb. Bu isə o deməkdir ki, ölkədə hər 100 min nəfərə 433 belə xəstə düşür”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.

O bildirib ki, bu kifayət qədər böyük rəqəmdir və müraciət edənlərin əksəriyyəti də məhz gənc yaşda olan qadınlardır: “Keçən ilin statistikası isə hələ ki tam yekunlaşmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, son zamanlar, yəni 2016-cı ildən 2020-ci ilə qədər anemiyadan əziyyət çəkənlərin sayında azalma müşahidə olunur. 

Həmçinin oxuyun

Azərbaycanlıların dözməyən ürəyi – öndə gələn ölüm səbəbi

Ötən il Azərbaycanda bütün səbəblərdən ölənlərin sayı 76878 nəfər olub. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına …