Ana səhifə / Tibb / Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı – 2 nəfər vəfat etdi, 56-sı sağaldı

Azərbaycanda daha 30 nəfərdə koronavirus aşkarlandı – 2 nəfər vəfat etdi, 56-sı sağaldı

Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Operativ Qərargahdan daxil olan məlumata görə, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Həmçinin oxuyun

“Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: – daha bir estetik əməliyyat qurbanı

Bakı şəhər sakini Ş.Əhmədova “Avrasiya” klinikasını məhkəməyə verib. Şikayətçinin sözlərinə görə, klinikada keçirdiyi estetik əməliyyatdan …