Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Azərbaycanda 3-cü fazada klinik sınaqları başlayır

Azərbaycanda 3-cü fazada klinik sınaqları başlayır

TURKOVAC-ın Azərbaycanda 3-cü fazada klinik sınaqları başlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyə Səhiyyə İnstitutları Rəyasət Heyəti (TSQİ) sınaqlarla bağlı protokolu imzalamaq üçün Bakıya gələcək. TSQİ ilə Bakı Sağlamlıq Mərkəzi arasında protokol martın 9-da imzalanacaq. Bundan sonra klinik tədqiqatlara başlanacaq.

TSQİ başçısı professor Erhan Akdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Peyvənd İnstitutunun prezidenti professor Ateş Kara, Layihə İdarəetmə və Dəstək Şöbəsinin başçısı Batuhan Yeşilyurt daxildir.

TURKOVAC-ın Türkiyədən xaricdə ilk sınağı Azərbaycanda reallaşacaq.

Kliniki sınaqda iki doza peyvənd olunan Azərbaycan vətəndaşları, üçüncü doza üçün TURKOVAC peyvəndini seçə biləcəklər. Tədqiqatda 18-59 yaş arasında, peyvəndin 2-ci dozasından sonra ən az 90, maksimum isə 270 gün keçmiş və əvvəl xəstəlik keçirməyən vətəndaşlar iştirak etməsi mümükündür.

Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …