Şənbə , Sentyabr 26 2020
Ana səhifə / Tibb / “Azərbaycana təcili İsrail və Avropadan virusoloqlar gətirilməlidir” – Fazil Mustafa

“Azərbaycana təcili İsrail və Avropadan virusoloqlar gətirilməlidir” – Fazil Mustafa

“Azərbaycanda kifayət qədər və peşəkar virusoloq, epidemioloq yoxdur, hansı ki, əhalini az itki ilə infeksiya təhlükəsindən qorumaq üçün təkliflər, planlar düşünüb, vəziyyəti düzgün idarə etsin.

Qonşu dövlətlər bunu qəbul edib və xaricdən peşəkar mütəxəssislər cəlb edirlər. Orada 15-20 əcnəbi mütəxəssisdən ibarət komanda pandemiya ilə mübarizədə düzgün yol göstərir”.

Bu təklifi millət vəkili Fazil Mustafa səsləndirib.

Deputat plenar iclasda Azərbaycana İsrail, İtaliya, İspaniyadan mütəxəssis dəvət edilməsi barədə məsələ qaldırıb.

“Vəziyyət çox ağırdır, insanları evlərində saxlamaq lazımdır. İndi yeganə yol təcriddir. Başqa ölkələrdə karantin rejiminə polis qorxusu ilə nəzarət etmirlər, bu işlə səhiyyə işçiləri məşğul olur. Biz gərək mütəxəssis çatışmazlığına və düşdüyümüz vəziyyətə görə utanmayaq. Kömək lazımdır, istəyək. Əks təqdirdə bizdə Braziliya ssenarisi olacaq”.

Həmçinin oxuyun

Üzümün təhlükələri açıqlanıb

Süfrə üçün nəzərdə tutulan bütün üzüm sortlarında şəkərin miqdarı həddindən artıq çoxdur, özü də bu, …