Şənbə , Avqust 13 2022
Ana səhifə / Tibb / Azərbaycana dərmanların idxalı artıb

Azərbaycana dərmanların idxalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana 330 814,52 min ABŞ dolları dəyərində 15 449,39 ton əczaçılıq məhsulları idxal olunub.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 30,5%, həcmi isə 29,6% artıb.

Bu ilin iyun ayında ölkəyə 67 765,03 min. dollar dəyərində 2 765,98 ton sözügedən məhsullar idxal edilib ki, bu da may ayı ilə müqayisədə dəyər ifadəsində 37,4%, həcm ifadəsində isə 27% çoxdur.

Qeyd edək ki, bu ilin ilk altı ayında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,2%-nə bərabər olub.

Həmçinin oxuyun

Teleaparıcıdan “Stimul Hospital”a sərt ittiham: Vergi yayınmaları, qanunsuz ginekologiya… + Səs yazısı

Tanınmış teleaparıcı Firuzə (Fira) Cəlilova ilə icraçı direktor vəzifəsində işləmiş “Stimul Hospital” arasındakı qalmaqal böyüməkdədir. …