Son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb
klinikalarının sayı artmaqdadır. Əksəriyyəti yüksək mənsəbli məmurlara,
oliqarxlara aid olan bu tibb müəssisələri ilk vaxtlar insanlarda sevinc
hissi doğururdu. Düşünülürdü ki, İrana, Rusiyaya, Avropaya
xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız daha öz
vətənlərində yüksək keyfiyyətli müalicə alacaqlar. Bu həm də hər il
xaricə axıdılan milyonlarla vəsaitin ölkədə qalacağına əsas olmalı idi.
Ancaq
çox təəssüf ki, özəl klinikalar ümidləri doğrultmadı. Yenə də hər il
minlərlə insanlarımız Azərbaycan səhiyyəsinə etibar etməyərək xaricə üz
tuturlar.
Qlobal.az
xəbər verir ki, buna səbəb isə özəl klinikalarda qiymətlərin çox baha
olması və savadlı tibbi personalın yoxluğudur. Zamanla ölkə mediasının
da tez tez işıqlandırdığı bu problemin həlli isə görünür hələ çox vaxt
aparacaq.
Azərbaycanda
fəaliyyət göstərən özəl klinikaların əksəriyyətində qiymətlər od tutub
yanır. Qiymətlərin baha olmasını klinikalar tibbi idmətin yüksək olması
ilə əlaqələndirirlər. Ancaq bəzi klinikalar da var ki, əlləri hər yerdən
üzülən insanları aldadıb tora salmaqla məşğuldurlar. Ucuz qiymətlərə
çoxsaylı müayinə vəd edib insanları son qəpiyinə kimi soyan özəl tibb
müəssisələrində biri də “Atlas klinikası”dır.
Öncə
qeyd edək ki, klinika yol verdiyi qanunsuzluqlara görə 2014-cü ildə
fəaliyyətini dayandımağa məcbur qalmışdı. Səhiyyə nazirliyinin verdiyi
məlumatlarda klinikanın bağlanması səbəbi kimi bildirilirdi ki, klinika
təkcə lisenziya əlavəsində göstərilən xidmətlərdən kənar-ginekoloji və
doğuşayardım xidmətləri göstərməyib, həm də ümumilikdə fəaliyyətində
nöqsanlar olub. Bu nöqsanları isə saymaqla qurtarmaq mümkün deyil.
Klinikada rüşvətxorluq, korrupsiya, vergidən yayınma pik həddə olub. Bu
barədə zamanında mediada kifayət qədər melumatlar verilib.
“Atlas
klinikası”ı həm də insanların yaddaşında “39 manatlıq Chek-up
müayinəsi”nin reklamı ilə qalıb. Belə ki, bir müddət əvvəl insanların
mobil telefonlarına zəng edərək onların nömrələrinin “qalib” olduğunu
deyən klinikanın operatorları 39 manata Chek-up müayinəsi təklif
edirdilər. “Atlas klinikası”nın bu “şirin” təklifinə aldanıb klinikaya
gedən insanların xərci isə 250-300 manata başa gəlirdi. Bu barədə bir
müddət öncə sosial şəbəkələrdə şikayətçi olan Mübariz Həsənov adlı şəxs
qeyd edirdi:”Check-Up” üçün xəstəxanaya pul ödəndikdən sonra həkimlərin
otaqlarına yönləndirirlər. Klinikada xəstələri bu qiymətə inandırsalar
da, 150-200 AZN arası xərcləri çıxır. Çünki xəstənin ödədiyi paketə
daxil olmayan xidmətlər təklif olunur və müxtəlif həkimlərin yanına
göndərilər. Belə olan halda xəstənin ödədiyi məbləğ 300-400 AZN-ə qədər
gəlib çıxır”.
“Atlas klinikası”ının “Chek-up” dələduzluğu ifşa edildikdən sonra klinika daha insanları sms və ya zəngləri ilə narahat etmir.
Qlobal.az-ın
əldə etdiyi məlumata görə peşəkar tibbi personal heyətinə və müasir
tibbi avadanlıqlara malik olmayan “Atlas klinikası”ının lisenziyası
yenidən ləğv edilə bilər.
Qarşı tərəf mövqe bildirə bilər.
Həmçinin oxuyun
Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”
Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …