Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Tibb / Artıq çəkili insanların beyni daha kiçik olur

Artıq çəkili insanların beyni daha kiçik olur

İngiltərəli alimlər uzun müddət apardıqları araşdırmaların nəticələrini açıqlayıblar. Belə ki, alimlər ortalama 55 yaşı olan 9 min 652 nəfər üzərində apardıqları araşdırma zamanı maraqlı nəticə əldə ediblər.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər belə qənaətə gəliblər ki, artıq çəki beynin kiçilməsinə səbəb olur. Bu isə beynin normal olaraq fəaliyyət göstərməsində problemlərə gətirib çıxarır.

Alimlər bildirib ki, beynin kiçilməsinə əsas səbəb bədəndə toplanan artıq yağ qatıdır. Lakin həddindən artıq çəkinin beyində anormallıq yaradıb-yaratmaması ilə bağlı alimlər hələ ki, bir qənaətə gələ bilməyiblər.

Həmçinin oxuyun

Azərbaycanda dəhşət: kosmetoloq qızın burnunu çürütdü – FOTO

Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu …