Şənbə , Aprel 20 2024
Ana səhifə / Tibb / Aritmiyası və ürək çırpınması olanlar üçün faydalı qida rasionu… – SİYAHI…

Aritmiyası və ürək çırpınması olanlar üçün faydalı qida rasionu… – SİYAHI…

Bu gün ürəyində ritm pozulması, nəbzin 100-dən yuxarı olması, aritmiya, taxikardiya və ürək çarpılması kimi simptomlar yaşayan insanlar çoxdur. Ürək bizim nə yediyimizə və içdiyimizə önəm verir.
Bu problemləri olanlar xüsusilə qida məsələsində diqqətli olmalıdırlar.
Medicina.az ürək və damarlar üçün faydalı olan, ritmi stabilləşdirməyə yardım edən qidaların və bitkilərin siyahısını təqdim edir.
Ürək üçün kaliy, maqniy, kalsium və dəmirlə zəngin qidalar seçilməlidir.
Bunlar: banan, cəfəri, kartof, kələm, balqabaq, günəbaxan, quru meyvələr, xurma, qoz, xiyar, paxlalılar, ispanaq, avokado, qarabaşaq, balıq, dəniz məhsulları, kəsmik, pendir, kök, çuğundur, ağ lobya, pomidor, nar və s.
Aritmiyası olanlar qırmızı üzüm şirəsi, təbii şərab, yağlı balıqlar, kəsmik, pendir, qoz, badam, giləmeyvələr, qırmızı bibər, pomidor, sobada bişmiş kartof, qarğıdalı, günəbaxan, qarpız, armud, şaftalı, ərik, nar, alma yeməlidirlər.
Eləcə də buğda yağı, zeytun yağı, kətan toxumu yağı istifadə etməlidirlər.
Nələri qəti olmaz:
– Bütün hisə verilmiş məhsullar, kolbasa, sosis, duzlu balıq- Marinadlar, şoraba, duzlu, souslar- Şəkər, un məmulatları- Qızarma yeməklər- Acı, ədviyyat- Tünd qəhvə, çay olmaz
Bu adamlar az-az , tez-tez yeməli, mədəni çox doldurmamalıdır. Eləcə də çox gəzməli, artıq çəki varsa maksimum azaltmalıdırlar.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …