Şənbə , Dekabr 10 2022
Ana səhifə / Tibb / Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

Alimlər erkən ölümü tezləşdirən qidaları açıqladı

Yüksək dərəcəli termiki işlənmədən keçmiş, emal olunmuş hazır qidalar erkən ölümü artırır.

San – Paulo Universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsini elan ediblər.
Braziliyada 2019-cu ildə 30-60 yaş arası ölümlərin 57 mini emal olunmuş qidaların qəbulu ilə bağlı olub.
Bu hər il ölənlərin 10-12%-i deməkdir.Bu qidalar ürək-daçar, diabet, piylənmə, qaraciyər, böyrək xəstəliklərinə səbəb olur.
Ultra emaldan keçən qidalarda süni əlavələr olur.

Bunlara tez hazır olan lapşa, şorbalar, hot-doq, pizza, vetçina, çörək, tort, pirojna, peçenye, qazlı içkilər aiddir.

Alimlər bununla bağlı digər araşdırmanı da təhlil ediblər. Belə qidaları yeməyənlərdə erkən ölüm statistikası necədir.
Məlum olub ki, emal olunmuş qidalar yeməyənlər 60-70 yaşa daha çox çatıb.
Hesablamalara görə, Braziliyanın əhalisinin 4-də biri gündəlik qidasının 50%-ni yüksək emal edilmiş qidalardan alır.

Əgər insanlar bu göstəricini 20%-ə endirsə, o zaman ildə erkən ölənlərin sayı 20 min nəfər azalardı.

Həmçinin oxuyun

Azərbaycanda tibbi sığorta ilə edilən ən bahalı əməliyyatlar – SİYAHI

İcbari Tibbi Sığortanın vətəndaşlar üçün ödənişsiz icra etdiyi mürəkkəb əməliyyatlardan ən bahalısı 24 min manatdır.Bakupost.az Azərbaycanda …