Cümə , Aprel 19 2024
Ana səhifə / Tibb / Ağ turpun 3 müalicəvi xüsusiyyəti

Ağ turpun 3 müalicəvi xüsusiyyəti

Ağ turp unikal müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Bunun səbəbi turpun zəngin kimyəvi tərkibidir.

Turp vitamin və minerallar, qidalı liflər, fitonsidlər, amin turşuları, fermentlərlə zəngindir.

Belə ki, fitonsidlər turpa güclü mikrob, virus və iltihab əleyhinə təsir bəxş edir. Soyuq fəsillərdə turpun istehlakı soyuqdəymə və qripp xəstəliklərindən qoruyur, immun sistemini möhkəmləndirir.

Turp öskürək və bronxit zamanı yaxşı kömək edir — nəfəs yollarını təmizləyir, iltihabı azaldır, bəlğəmin çıxmasını asanlaşdırır.

Həll olunmayan qidalı liflərlə zəngin olduğundan ağ turp bağırsaqlar üçün çox faydalıdır — bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara antiseptik təsir edir, qəbizliyin qarşısını alır, bağırsaq  mikroflorasının yaxşılaşmasına kömək edir. (Saglamolun.az)

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …