Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimindən kimsəsiz xəstəyə laqeyd münasibət- VİDEO

6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimindən kimsəsiz xəstəyə laqeyd münasibət- VİDEO

Məlikova Arzu Yavər qızı arzu limfa xəstəliyindən əziyyət çəkir, ayaqları olduqca pis durumdadır, müalicəyə ehtiyacı var . O, hazırda Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasındadır. 3 aya yaxındır ki, ordadır. Ən dəhşətlisi odur ki, Arzunun qalmağa yeri belə yoxdur. Sabah xəstəxanadan çıxarsalar, küçələrdə qalacaq. Faktiki hazırda xəstəxanada yaşayır. A.Məlikovanın ata-anası rəhmət gedib, qardaşı ilə bir evdə yaşayırmış. Bir müddət sonra qardaşı da rəhmətə gedib və bundan sonra qardaşının həyat yoldaşı Arzunu evdən qovub.

Aidiyyatı dövlət qurumlarından – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ; TƏBİB-dən xahiş edirik ki, bu xanımı ölümdən xilas etsinlər, onun müalicəsinə, sığıanacağa yerləşdirilməsinə yardımçı olsunlar!

Xəstə bizə müsahibəsində Əsəd adlı baş həkimdən razılıq etdi. Qalmağa yeri olmayan bir xəstənin aciz vəziyyətdə bu “tərifi” niyə dediyini anlayırıq və onun real vəziyyətini yaxşı başa düşürük. Ancaq bizim gördüyümüz mənzərə tamamilə başqa cür düşünməyə əsas verir. Ora necə xəstəxanadır ki, iki aydır belə ağır vəziyyətdə olan xəstənin dərdinə çarə tapa bilmir? Bəlkə, Arzunun müalicəsinə onun kimsəsiz olması mane olur?

Müalicə etmədikləri bir tərəfə, üstəlik də xəstəni hər gün ordan çıxaracağı ilə hədələyirlər. Hörmətli səhiyyə naziri Oqtay Şirəliyev, hörmətli TƏBİB rəhbəri Ramil Bayramlı, Azərbaycan səhiyyəsinin bir kimsəsizə bəslədiyi diqqət və hörmət bundan ibarətdirmi? Olmazmı ki, Əsəd adlı baş həkim hər gün ağır xəstəni ordan çıxaracağı ilə qorxutmaq əvəzinə, onu mülaicə etsin. Bəyəm bu xanımın xəstəliyinin müalicəsi tibb elminə məlum deyil ki? Orada alınmırsa, Əsəd həkim onu öz tövsiyyə məktubu ilə başqa bir uyğun xəstəxanaya göndərə bilməzmi? Kimsəsiz xəstəni küçəyə atmaq, ən asan variantdı, yaxşı olar ki, Əsəd həkim daha humanist addım barədə düşünsün. Azinforum.az xəstə ilə 6 saylı xəstəxanada edilən söhbətin videosunu təqdim edir.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …