Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Tibb / Stimul Hospitalın cavabına bizim vacib replika- İcraçı direktordan möhtəbər mənbə var?

Stimul Hospitalın cavabına bizim vacib replika- İcraçı direktordan möhtəbər mənbə var?

Azinforum.az-ın Stimul Hospitalla bağlı yaydığı məlumata həmin tibb müəsissəsi reaksiya verib. Obyektivliyi gözləyən  media qurumu olduğumuzdan həmin məlumatı olduğu kimi təqdim edirik:

“26.07.2022-ci il tarixində saytınızda yerləşdirilmiş “Stimul Hospital-ın ƏDV fırıldağı – müxtəlif bəhanələrlə ödənişdən yayınır” başlıqlı xəbərlə bağlı onu qeyd edək ki, məlumatda qeyd olunan faktların heç biri həqiqətə uyğun deyildir. Belə ki, məlumatda qeyd olunan konkret məbləğlərlə göstərilmiş “dövriyyə” reallığı əks etdirmir. Bundan başqa klinikaya müraciət edən pasientlərin hər biri keçirdiyi əməliyyatla bağlı ödənişdən ƏDV-ni geri ala bilirlər. ƏDV-nin geri alınması üçün bütün imkanlar mövcuddur, avadanlıqlar saz vəziyyətdədir və işləyir.       Həmçinin qeyd edək ki, xəbərdə qeyd olunduğu kimi klinikada iki-üç aydan bir rəhbərlikdə hər hansı dəyişiklik edilmir və klinikanın baş həkimi artıq iki ildən çoxdur ki, öz vəzifəsində fəaliyyət göstərməkdədir. Saytda qeyd olunan məlumatların vətəndaş (naməlum) tərəfindən verildiyi bildirilmişdir. Qeyd edilməsi zəruridir ki, vətəndaş tərəfindən hər hansı fakta əsaslanmadan belə fikirlərin səsləndirilməsi yalnız qərəzli mövqenin göstəricisi ola bilər ki, bu da vətəndaşın belə əsassız fikirlər səsləndirərək həqiqətə uyğun olmayan məlumatlar verib klinikanın işgüzar nüfuzuna xələl gətirməsi səbəbi ilə hüquqi məsuliyyətə cəlb edilməsi ilə nəticələnə bilər. Bundan başqa ölkənin ictimai həyatında da aktiv fəaliyyət göstərərək klinika tərəfindən vətən müharibəsi dövründə cəbhəyə müvafiq yardımlar göndərilmiş, otuzdan çox şəhidimizin nəşinin fəaliyyət gösərdiyimiz Sabunçu rayonu gətirilməsi təmin edilmiş, həmçinin müharibə bitdikdən sonra şəhid ailələrinə və qazilərə ödənişsiz tibbi yardım göstərilmişdir”.

Rüdaksiyadan: Çox təəssüf edirik ki, Stimul Hospitaı tənqidi məqalədən nəticə çıxarmaq əvəzinə, daima peşəkar media prinsiplərinə riayət edən Azinforum.az saytını güya yalan məlumat  yaymaqda ittiham edir. İş burasındadır ki, biz bu məlumatları möhtəbər mənbələrə istinadən təqdim edirik. Şəxsi icazəsini aldığımız üçün onlardan birinin adını çəkirik. Məsələn, tanınmış telejurnalist Firuzə (Fira) Cəlilova. Bu xanımın dediyinə görə, klinika rəhbərliyinin dəvəti əsasında həmin müəsissədə icraçı direktor işləyib. İki aydan sonra telejurnalist çox hörmətsiz formada klinikadakı vəzifəsindən uzaqlaşdırılır. Bu müddət ərzində onun klinikaya cəlb etdiyi xəstələrin sayı, əvvəlki işini atıb, gəlib orada işləməsi belə nəzərə alınmır.  Bəs, siz  təqdim etdiyiniz məktubda yazırsınız ki, klinikanın rəhbərliyi tez-tez dəyişmir. Adamla heç bir müqavilə bağlamadan,  onu iki ay işlədib, sonra işdən azad etmək bizim məqalənin məlum ştrixinin düzgünlüyünü təsdiqləmirmi? Bəli, dövriyyəninn bizim ifadə etdiyimiz rəqəmlər formasında olmasını, xəstələrin ƏDV-ni ala bilməməsini  işdən uzaqlaşdırılan Firuzə Cəlilova da ikiəlli təsdiqləyir. Bundan möhtəbər mənbə ola bilərmi? Bundan əlavə, son iki ay ərzində Hospitalın xidmətindən istifadə edənlərin siyahısı üzrə bir neçə adamla əlaqə saxladıq. Onlar həqiqətən ödədikləri məbləğin ƏDV-sini ala bilmədiklətərini təsdiqləyirlər. Bir də, əgər siz müharibə zamanı Silahlı  Qüvvələrə və ya digər ünvanlara maddi yardım göstəribsinizsə, bu heç də o anlama gəlmir ki, ƏDV-dən yayınmağınızı kimsə sizə irad tuta bilməz. Biz bir jurnalist və media qurumu olaraq,  Vətən qarşısında olan xidmətlərimizi qətiyyən  dilə gətirmirik. İşinizi qanunlara uyğun tənzimləyin, bizə lazım olan yalnız budur…

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Mirismayılın köməyinizə ehtiyacı var – FOTO

Balaca Mirismayılın sizin dəstəyinizə ehtiyacı var.  Bu barədə uşağın atası Mirvaleh Ağalarov məlumat verib.  Uşağın atası …