Şənbə , May 25 2024
Ana səhifə / Tibb / 2 saylı psixiatrik kliniki xəstəxanada işçilərin maaşını mənimsəyirlər – NARAZILIQ VAR!

2 saylı psixiatrik kliniki xəstəxanada işçilərin maaşını mənimsəyirlər – NARAZILIQ VAR!

2 saylı Kliniki Psixiatriya Xəstəxanasından şikayətlərin ardı-arası kəsilmir. Müxtəlif adlar altında xəstəxana personalından pul yığılması ilə yanaşı, əməkdaşların əmək haqlarından vəsaitin tutulması böyük narazılıq yaradıb. “Azərbaycan Reallığı” xəbər verir ki, Redaksiyamıza daxil olan məlumata görə, mühasibat şöbəsi hər ay müxətlif bəhanələr və xüsusilə də zərəri əsas gətirərək maaşlardan tutur. Nəticədə bir ay ərzində işləyən və alacağı əmək haqqına ümid bəsləyən sıravi həkimlər, tibb bacıları çətin vəziyyətdə qalır. 

Məlumata görə, həkimlərin, tibb bacılarının maaşına olan əlavələr, gecə növbələri üşün verilməli olan vəsait hər dəfə müxtəlif bəhanələrlə kəsilir. Kütləvi narazılıqdan sonra mühasibatlıq bunu işlərin ağırlığı, hesablama zamanı yaranan problemlərlə əlaqələndirib və gələn ay üçün vəsaitlərin tam ödəniləcəyini bildirib. Ancaq əməkdaşlar bildirirlər ki, bu, ilk belə fakt deyil və davamlı olaraq təkrarlanır. Buna görə də əməkdaşların şikayətlərinin Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərdikləri, lakin hələlik araşdırma nəticəsi barədə onlara məlumat verilmədiyini bildirirlər. 

“Azərbaycan Reallığı”na təqdim olunan səs yazılarından da aydın olur ki, mühasibat şöbəsi maaşlardan tutulmaların qanunsuz olduğunu etiraf edir, bunu hesablama zamanı yaranmış problemlərlə əlaqələndirir. Personala əmək haqqı və əlavələrdən tutulmaların gələn aylarda ödəniləcəyi vəd edilsə də, artıq bu vəziyyət davamlı hal aldığından şikayətlər kəsilmir.

Həmçinin oxuyun

Naxçıvan səhiyyəsi bərbad vəziyyətə salınıb – Nazir Samiq Sadıxovun qanunsuz əməllərini araşdıracaq?

Azərbaycanda səhiyyə sahəsində ciddi islahatlar aparılır. Əhalinin sağlamlığının qorunması istiqamətində tədbirlər görülür, yeni tibb müəssisələri …