Şənbə , May 21 2022
Ana səhifə / Tibb / Əhaliyə ŞAD XƏBƏR – Bu qadağalar götürülə bilər – VİDEO

Əhaliyə ŞAD XƏBƏR – Bu qadağalar götürülə bilər – VİDEO

Azərbaycanda bir müddətdir koronavirusa yoluxma hallarında kəskin azalma müşahidə edilir. Sözsüz ki, yoluxma hallarının azalmasında vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi mühüm rol oynayır. 

Musavat.com xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəsssisi Təyyar Eyvazov yaxın vaxtlarda qüvvədə olan azsaylı qadağalarla bağlı yeni qərarların verilə biləcəyini istisna etməyib.

Koronavirusla bağlı mövcud epidemioloji durum karantin rejimi çərçivəsində bəzi qaydalara dəyişklik etməyə imkan verir.

Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov “Xəzər Xəbər”ə bildirib ki, yaşı 18-dən yuxarı şəxslərin təxminən 60-70 faizdən çoxu COVID-19-a qarşı peyvənd olunub. Təyyar Eyvazov qeyd edib ki, vəziyyətdən asılı olaraq yaxın vaxtlarda qüvvədə olan qadağalarla bağlı yeni qərarlar verilə bilər.

O əlavə edib ki, yoluxma sayının azalması insanları arxayınlaşdırmamalıdır. Mütəxəssis həmçinin deyib ki, ölkədə pandemiya ilə əlaqədar mövcud vəziyyət tam nəzarət altındadır.

https://vm.tiktok.com/ZSdMNGscN/

Həmçinin oxuyun

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2022-ci ilin aprelinə olan məlumata görə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-lə yaşayan 8 min 59 …