Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Zülfiyyə Xanbabayeva: “Qızım efirdən yox, məndən tərbiyə almalıdır” – VİDEO

Zülfiyyə Xanbabayeva: “Qızım efirdən yox, məndən tərbiyə almalıdır” – VİDEO

“Qızım dünyaya gec gəldi. Amma zamanında gəldi. Dənizin 12 yaşı var. Hərdən mənə elə suallar verir ki, şoka düşürəm. Uşaqlar kənardan deyil, ailədən tərbiyə götürməlidirlər. Bəzən deyirlər ki, müğənnilər və ya efir insanı uşaqlar üçün örnək olmalıdır. Amma mən bu barədə yetkin bir fikirdə deyiləm. Övladım efirdən yox, məndən tərbiyə almalıdır”.

Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı efirə “online” qoşularaq deyib.

Karantin günlərini ailəsi ilə birlikdə bağ evində keçirən sənətçi zamanının çoxunu qızı Dənizə həsr etdiyini söyləyib:

“Deyim ki, oturmuşam bütün günü evdə və ürəyim sıxılır, yox. Həyatım öz axarı ilə davam edir. Koronavirusdan öncə necə yaşayırdımsa, indi də elə yaşayıram. Beş ilə yaxındır ki, şəhərdən kənardayam. Karantin günlərində zamanımın çoxunu qızım Dənizə həsr edirəm. Onunla vaxt keçirirəm. Bu, karantindən öncə də belə idi, elə indi də. Həyatda istədiklərimin yarıdan çoxunu əldə etmişəm. Qalan hissəsini isə övladıma ayırmaq istəyirəm. 

Allahımdan çox razıyam. Bu günlərdə belə özümə iş tapıram. Başımı mütləq şəkildə bir işlə qatıram”.

Z.Xanbabayeva, həmkarlarından fərqli olaraq, idman etmədiyini bildirib, bağçılıqla məşğul olduğunu etiraf edib:

“Bağda xoruzun səsindən sübh tezdən oyanırsan (gülür). Yalandan deyə bilmərəm ki, səhər tezdən oyanan kimi idman edirəm. Xeyr, idmanla məşğul olmuram. Evdə keçirdiyim vaxt mənim üçün idmandan daha artıqdır. Bir yerdə oturmağı sevmirəm. Yeri gələndə həyətdə nəsə əkib, becərirəm. Bir sözlə, mən evdə işsiz qalmıram. Təbii ki, bu günlərdə yaradıcılığıma da zaman ayırıram”.

oxu.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …