Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / Zöhrə Abdullayeva efirdən imtina etdi: “Yaram köz bağlamır…”

Zöhrə Abdullayeva efirdən imtina etdi: “Yaram köz bağlamır…”

Əməkdar artist Zöhrə Abdullayeva efirlərə çıxmaqdan imtina edib.

Sənətçi “Şou ATV” verilişində oğlunun ölümü ilə hələ də barışmadığını deyib:

“Mənimlə eyni dərdi yaşayan minlərlə analar var. Övladın yaşı olmur. Bala dərdi bütün dərdləri üstələyir. Allah bütün analara səbr versin. Hələ mənim səbrim yoxdur. Səsim üçün darıxan, yaralı qəlbimi, kölnümü alan tamaşaçılar heç zaman dərd-bəla görməsinlər. Hələ ki, efirə çıxa bilmərəm. Fikrim də yoxdur. Mənim yaram köz bağlamır. Mən elə itki itirmişəm ki, özümə gələ bilmirəm. Manaf Ağayev, Nüşabə Ələsgərli, aparıcı Nanə gəlmişdi, dedilər ki, səhnəyə qayıt. Amma “yox” dedim”.

Xatırladaq ki, bir neçə ay öncə əməkdar artist Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişib. Onun ölümü ilə barışmayan sənətkar səhnəyə çıxmaqdan imtina edib.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …