Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Ziyalılar “Sovetski”dğabidələrin sökülməsinə etiraz edir VİDEO

Ziyalılar “Sovetski”dğabidələrin sökülməsinə etiraz edir VİDEO

“Sovetski”dəki qədim arxitektur binaların Nazirlər Kabinetinin tarix və mədəniyyət abidələri siyahısından çıxarılaraq sökülməsi  ölkə ictimaiyyətində etiraz doğurub. Bir qrup ziyalı tarixi binaların sökülməsi əleyhinə kampaniyaya başlayıb. Kampaniyanın məqsədi hökuməti sökülməsi nəzərdə tutulan binaların restavrasiya edilərək saxlanılmasına təşviq etməkdir. 
Musavat.com-un reportyor qrupu  həmin  ziyalılarla birlikdə “Sovetski”yə baş çəkərək, söküntü prosesində tarixi binalara necə zərər vurulmasının  şahidi olub.
Tanınmış tele-jurnalist İlhamiyyə Rza Bakının qədimliyinin qorunması üçün bu arxitektur binaların saxlanılmasının zəruriliyindən danışıb və ziyalılara çağırış edib: “Mən buradan bütün ziyalılara və bu tarixi abidələri qorumalı olan səlahiyyətli şəxslərə çağırış edirəm ki, bu tarixi binalarımıza sahib çıxaq. Onlar heç də dayanıqsız vəziyyətdə deyil. Hətta qəzalı vəziyyətdə olsa belə, biz o qədər kasıb ölkə deyilik ki, bir mütəxəssis tapıb o binaları bərpa edə bilməyək. İnsanlar öz tarixlərinin kiçik bir parçasına belə sahib çıxırlar, labaratoriyalarda onları bərpa edirlər. Biz bu böyüklükdə binanın qorumuruq. Söküntü zamanı o binalara ziyan vururlar ki, sonradan o binaları qəzalı bina kimi qeydiyyata alıb sökə bilsinlər”.
“Tarix-mədəni və təbii irsi qoruma” QHT-nin ictimai nəzarət komitəsinin rəhbəri Aytəkin İmranova tarixi binaların siyahıdan çıxarılmasının qanunuz olduğunu diqqətə çatdırdı: “Abidə siyahıya salınıbsa, çıxarıla bilməz bunun proseduru yoxdur. Siyahıda olan abidə isə sökülə bilməz”.
 
Tarixçi alim Nail Əliyev isə xarici təcrübəyə müraciət edərək bildirdi ki, Qonşu Türkiyədə, Gürcüstanda qədim binalar tarixi əhəmiyyətindən asılı olmayaraq “restavrasiya” edilərək qorunur: “Biz demək olar ki, XIX əsrin Bakısını görməyəcəyik. Sökülməli binalar  var, təbii ki… Binalar sökülə bilər, yol genişləndirilə bilər. Ancaq tarixi binalar sökmək doğru addım deyil”.
Daha ətraflı təqdim etdiyimiz videoçarxdan izləyə bilərsiniz.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın