Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Şou Biznes / Zeynəb Xanlarovanın konserti təxirə salınır? – Koronavirusa gör

Zeynəb Xanlarovanın konserti təxirə salınır? – Koronavirusa gör

Koronavirusun yayılması ilə bağlı bir çox konsertlərin vaxtı dəyişdirilib. Son zamanlar sosial mediada xəbər yayılıb ki, Xalq artisti Zeynəb Xanlarovanın da konserti təxirə salınacaq.
Məsələni aydınlaşdırmaq üçün Modern.az Bakı Konqres Mərkəzi ilə əlaqə saxlayıb.
Bakı Konqres Mərkəzindən saytımıza bildirilib ki, təxirə salınma ilə bağlı hələ ki onlara məlumat verilməyib:
“Çox güman ki, bu konsert də təxirə salınacaq. Yenə də bildiririk ki, dəqiq məlumatımız yoxdur. Təxirə salınma ilə bağlı bir xəbər olsa, mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Zeynəb Xanlarova sonuncu dəfə 2008-ci ildə Heydər Əliyev Sarayının əsaslı təmirindən sonrakı açılış münasibəti ilə konsert vermişdi. Müğənninin 12 ildən sonra – martın 18-də Bakı Konqres Mərkəzində yenidən konsert verəcəyi gözlənilir.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …