Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Şou Biznes / “Zeynəb Xanlarova Bakıdadır, Yeni il gecəsi…”

“Zeynəb Xanlarova Bakıdadır, Yeni il gecəsi…”

Zeynəb Xanlarovanın Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yalandır.

Bunu Teleqraf.com-a açıqlamasında Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova deyib.

Aktrisa bu xəbərin heç bir əsasının olmadığını bildirib.

“Bu xəbərlərdən sonra Zeynəb xanımla danışmısınızmı?” sualına Əməkdar artist belə cavab verib:

“Zeynəb xanım haradadır ki, onunla danışam? Zeynəb xanım evində-eşiyindədir. O, Bakıdadır. Yeni il gecəsi də konsertdə çıxışı olacaq. Hər kəs görəcək”.

Qeyd edək ki, ötən gün 85 yaşlı canlı əfsanə, SSRİ xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan köçməsi ilə bağlı xəbəri ilk Olay.az saytı yayıb. Bildirilib ki, müğənni İstanbulda yaşamaq qərarına gəlib, o, şəhərin lüks küçəsi olan Nişandaşındakı evində qalır.

Həmçinin oxuyun

Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi – FOTO

Türkiyəli müğənni Demet Akalın Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib. …