Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / Zeynəb Xanlarova AzTV-nin yeni il çəkilişi üçün Bakıya gəldi

Zeynəb Xanlarova AzTV-nin yeni il çəkilişi üçün Bakıya gəldi

Uzun illərdir TV və radiolardan uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov məlumat verib. O, instaqram səhifəsində video paylaşaraq məşhur müğənninin 2020-ci ilin ilk dəqiqələrində efirdə görünəcəyini qeyd edib.

Bundan əlavə, İlyasov Xanlarovanın yanında olan iki gənclə bağlı maraqlı fakt açıqlayıb. O, sözügedən şəxslərin Xalq artistini çox sevdiyini, bunun üçün soyadlarını (Cabbarova və Qasımov) dəyişərək “Xanlarova” olaraq dəyişdirdiklərini vurğulayıb. 

“Mən kimisə nə qədər çox istəsəm də, soyadımı dəyişmərəm. Məhəbbətə, sevgiyə baxın! Bunun üçün həyatda yaşayıram. Mən 5-6 nəfər üçün yaşamıram”,- deyə Zeynəb Xanlarova bildirib.

Bundan əlavə, sənətkar həmin gün fotosessiya da etdirib. O, fotoqraf Niko Abbasovun kamerasına pozalar verib.

Qeyd edək ki, bir müddət əvvəl Xanlarovanın köməkçisi mətbuata açıqlama verərək Xalq artistinin Amerikada yaşadığını, Bakıya daha az gəldiyini bildirmişdi. Həmçinin müğənninin ABŞ-da öz adına xeyriyyə fondu yaratdığı iddia olunmuşdu. 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …