Ana səhifə / Şou Biznes / Etibar Hüseynov yazır: Zeynəb, İbo və Nemo…

Etibar Hüseynov yazır: Zeynəb, İbo və Nemo…

Dünən Şuşada keçirilən “Xarı bülbül” festivalının əsas hadisəsi Zeynəb Xanlarovanın iştirakı oldu. Düzü bu illər ərzində Zeynəb xanımın Şuşaya getməməsi mənə qəribə gəlirdi. Öz-özlüyümdə düşünürdüm ki, yəqin uzaq yol getməyə səhhəti imkan vermir. Çünki ayrı variant ağlıma gəlmirdi. Və belə başa düşdüm ki, zənnim məni aldatmırmış. Artıq ilk əlverişli məqamda- hava limanı hazır, festival, yerli və xaricdən gəlmiş mötəbər qonaqlar, Prezident və l-ci Xanım, üstəlikdə bulaq suyu , dağ havası da öz yerində. Şuşaya getmək və oxumaq üçün bundan ideal nə ola bilərdi ki?

Və Zeynəb xanım da bunu əldən vermədi. Bəlkə də o sıradan bir gündə Şuşaya getsəydi bu qədər effektli olmayacaydı. Amma bu dəfə Zeynəb lazım olan vaxt, lazım olan yerdəydi. O, səhnədəki ifası, şuxluğu, necə deyərlər performansı ilə hamını heyrətləndirdi. Ancaq dünən sosial şəbəkələrdə bir çoxlarının Zeynəb xanım haqda yazdıqlarını oxuyanda…

Dünən Bakıya həm də türk musiqisinin İmperatoru İbrahim Tatlısəs gəlmişdi. Onu təyyarədən maşınına əl arabası ilə apardılar. Deyilənə görə hansısa restoranda oxumaq üçün gəlibmiş. Elə mahnılarinı da oturaq halda, həm də musiqiçilərinin dili ilə desək “xoruz səs”lə ifa elədi. Vaxtı ilə mən onun çox konsertlərində iştirak eləmişəm. Bir-neçə dəfə müsahibə də almışam.

Ona görə də onun kimi 100 ildə bir dəfə gələn dahi sənətkarı bu halda görmək çox ağır idi. Bu baxımdan inanmıram ki, o məclisdə iştirak edənlərdən hansı birisisə yaşadığı o ağır auradan məmnuniyyət yaşadı. Sadəcə məni iki sual maraqlandırır: doğrudanmı İbo bu dərəcədə ehtiyac içində yaşayır?

Bu kontekstdən yanaşanda təbii ki, İbrahim hansısa böyük məbləğdə qonorar müqabilində gəlib. Bu sözsüzdü. Elədirsə onu bura gətirənlərdən soruşuram: həmin pula, qoca, xəstə güclə nəfəs alan Tatlısəs əvəzinə bir başqa türk və ya yerli müğənnilərdən dəvət edə bilməzdinizmi? Pulunuz bu qədərmi artıqdir? Artiqdısa bu ölkədə sərf etməyə o qədər gərəkli ünvanlar var ki…

Eyni iradı elə bir qədər əvvəl xəstə Sərdar Ortacı, Andriano Çelentanonun oxşarını dəvət edən şəxslərə də ünvanlayıram. Sizin tamahkarlığınız ucbatından dünəndən bəri İbrahim Tatlısəs kimi nəhəng müğənni haqda yazılmayan söyüş-təhqir qalmayıb..

Dünən gecə daha bir “əlamətdar” gün yaşadiq. “Avroviziya” yarışması baş tutdu. Bir qədər əvvəl bizlərin, qələbəsinə böyük ümid bəslədiyiniz Fəxri və İlkin cütlüyü gözlənilmədən finala belə keçməmişdi. Əvəzində isə ermənilərin plagiat “lay-la-lay” mahnısı finala adladı. Jakonun bu uğursuz mahnı və ifası neçə müddət idi ki, ermənilərin özləri tərəfindən kəskin tənqid olunurdu. Qalıb isə isveçrəli Nemo oldu. Onun qalıb olacağını musiqidən diletant səviyyədə anlayısı olan bəndəniz hələ bir həftə əvvəl söyləmişdi.

Bəli, Nemonun yaxsı səsi var. Amma müsabiqədə ondan da güclü ifaçilar da yox deyildi. Və Nemonu da qalib edən səsi deyil, məhz daha çox gey libasındakı görünüşü idi.

Təsadüfi deyil ki, artıq son illər Avroviziya yarışmasına “musiqili Geyparad” deyirlər. Konçita adlı saqqalı xanımın (və ya yubkalı cənab) 2014-cü ildəki qələbəsindən sonra bu müsabiqənin nüfuzu xeyli dərəcədə azalmışdir. (Yeri gəlmişkən bu müsabiqədə də Konçita qonaq qismində təmsil olundu və əfsanəvi ABBA qrupu ilə birgə mahnı ifa elədi).

Bax belə. Sanki Avroviziya kimi nəhəng bir yarışma ulduz ifaçıların seçim məkanı deyil, gey-trans-lezbianları dünyaya sevdirmək üçün bir musiqi poliqonuna çevrilub. Dünən gecə az qala bütün zal onu bağrına basıb, parçalayıb-udmaq istəyirdi. Mənsə həmin görüntüləri sosial şəbəkələrdə Zeynəb və İbo haqda söyüşləri oxuya-oxuya izləyirdim.

Etibar Hüseynov,

jurnalist

Həmçinin oxuyun

“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”

“Gün keçdikcə anasını daha çox axtarmağa başlayır”. OLAY yazır ki, bu sözləri mərhum Əməkdar artist …