Ana səhifə / Şou Biznes / “Zavuç”u döydüyü deyilən direktordan – Açıqlama

“Zavuç”u döydüyü deyilən direktordan – Açıqlama

Ağdam rayonunda bir məktəbin direktorunun digər məktəbin direktor müavinini döyməsi haqda yayılan məlumatlardan sonra tərəflərdən biri açıqlama verib.

Qafqazinfo” xəbər verir ki, rayonun Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov bu haqda Trend-ə danışıb. Qeyd edək ki, xəbərlərdə F. Səfərovun rayonunda Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi döydüyü bildirilir.

Məktəb direktoru deyib ki, əslində onun baş verən hadisəyə heç bir aidiyyatı yoxdur: “Problem artıq həllini tapıb. Bu işdə mənim adım qəsdən hallandırılmışdı və həmin şəxsin kimliyi də məlumdur. Həmin şəxsi məhkəməyə vermək üçün sənədlər hazırlayıram. Hadisə başqa cür olub. Şirazi müəllimlə mənim qardaşım arasında torpaq sahəsində mübahisə yaranıb və onlar dalaşıblar. Şirazi müəllim də həmin vaxt əsəbi olduğu üçün şikayət edib. Bəzi şəxslər isə bunu bilərəkdən ölkə telekanallarından birinin Ağdamdakı bölgə müxbirinə məlumat verib və bildiriblər ki, guya Şirazi müəllimi mən döymüşəm. İş araşdırıldı və məlum oldu ki, hadisədə mənim heç bir günahım yoxdur, Şirazi müəllimlə qardaşım dalaşıb. Artıq polis tərəfləri barışdırıb və məsələ həll olunub”.

Xatırladaq ki, hadisə ilə bağlı Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova açıqlamasında bildirmişdi ki, döyülmə hadisəsinin olması faktı var və bu barədə araşdırmalar davam etdirilir: “Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayev məktəbin tarix müəlliməsi Şahnaz Əliyevanın dərsi icazəsiz tərk edib evə getməsi barədə məktəb direktoruna məlumat verib. Məktəbin direktoru da bununla bağlı jurnalda qeyd aparıb. Şirazi Ağayev bu barədə müəllimənin həyat yoldaşı Fəqan Səfərova da telefonla məlumat verib və sonra özü direktordan icazə alıb məktəbdən çıxıb. Direktor müavini icazə səbəbi kimi vacib işinin olmasını göstərib”.

M.Misirxanovanın sözlərinə görə, Ş.Ağayev iddia edir ki, o kəndin kənarında F.Səfərovla rastlaşıb və direktor onu döyüb: “Baharlı kənd orta məktəbinin direktoru Fəqan Səfərov isə iddia edir ki, o, Səfərli kənd orta məktəbinin direktor müavini Şirazi Ağayevi görməyib, onu döyən guya özü yox, qardaşı olub. Amma döyülən direktor müavini məhz Fəqan Səfərov tərəfindən döyüldüyünü bildirib. Məsələ ilə bağlı polisdə başlanan araşdırma zamanı Fəqan Səfərovun qardaşı izahatında direktor müavinini döydüyünü etiraf edib, məktəb direktoru isə hadisədən xəbərsiz olduğunu deyib”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın