Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Zaurun Təhminəsi sevgilisini xatırladı, efirdə ağladı – VİDEO

Zaurun Təhminəsi sevgilisini xatırladı, efirdə ağladı – VİDEO

“Təhminə” filminin Təhminəsi, türkiyəli aktrisa Meral Konrat ARB TV-də yayımlanan “Səhər-Səhər” proqramında göz yaşlarına hakim ola bilməyib.

Oxu.Az xəbər verir ki, buna Meralın keçmiş müğənni sevgilisi Kerim Tekini xatırlaması səbəb olub. 

O, sevgilisinin necə öldüyünü danışıb:

“Konsertdən qayıdarkən yolda yadına düşüb ki, pul kisəsini hoteldə qoyub. Qayıdıb onu götürərək, geri dönüb. Yanında da meneceri olub. Yolda yük maşınının altında qalıblar. Kərim maşını idarə edirmiş.

Meneceri də iki il komada qaldıqdan sonra öldü. Ondan əvvəl evlənib boşanmışdım. Kərimdən sonra ailə həyatı qurmamışam”, – deyə aktrisa vurğulayıb.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …