Çərşənbə , İyun 26 2019
Ana səhifə / Şou Biznes / Zaurdan Tünzalə haqda qəribə açıqlama: “Biz pulu onun xəstəliyinə görə yığmırıq” – VİDEO

Zaurdan Tünzalə haqda qəribə açıqlama: “Biz pulu onun xəstəliyinə görə yığmırıq” – VİDEO

ATV-də yayımlanan “Bizimləsən” verilişində maraqlı anlar yaşanıb.
Teleaparıcı Zaur Baxşəliyev aktrisa Tünzalə Əliyeva haqda açıqlama verib.
O bildirib ki, Tünzalə xəstə olmasaydı belə efirə çıxıb evi üçün pul istəyəcəkdi. O həmçinin deyib ki, Tünzalənin nəyə görə məhz onun verilişinə çıxması da kimlərisə qıcıqlandırıb: “Tünzalənin bura gəlməsi bəzilərini qıcıqlandırıb. Bundan istifadə etmək istəyənlər var. Dəyirman öz işini görər, çaq-çaq baş ağrıdar. Ancaq biz dəyirman olaraq sona qədər öz işimizi görəcəyik. Tünzalə xərçəng olmasaydı belə yenə də o efirə çıxıb, evi üçün pul istəyəcəkdi. Saytlarda yazılanlar Tünzaləyə pis təsir edib. Burda olanlar yox, sizin qabartdıqlarınız Tünzaləni halbahal edir, etməyin bunu”.
Həmin görüntüləri təqdim edirik:

 

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …