Ana səhifə / Şou Biznes / Zaur Kamalı hansı cəza gözləyir? – VİDEO

Zaur Kamalı hansı cəza gözləyir? – VİDEO

Ötən gün tanınmış aparıcı Zaur Kamalın yol hərəkəti qaydasını pozduğu iddia edilən videosu paylaşılıb.

Yayılan məlumata görə hadisə mayın 24-də, paytaxtın Landau küçəsində qeydə alınıb. Belə ki, Zaur Kamal idarə etdiyi 10-VL-101 qeydiyyat nişanlı “Porsche” markalı avtomobillə Hüseyn Cavid parkının qarşısında (Vergilər Nazirliyinin qarşısında) ikinci cərgədə dayanaraq yolu zəbt edib. O, tanışı ilə yarım saata yaxın söhbət edərək dayanma-durma qaydasını pozub. Bəs, bu qayda pozuntusuna görə Zaur Kamalı hansı cəza gözləyir? Məsələyə nəqliyyat üzrə ekspert Elmmədin Muradlı aydınlıq gətirib. Bizim.Media-ya açıqlamasında o bildirib ki, aparıcı ikinci cərgədə avtomobilini saxlamaqla İnzibati Xətalar Məcəlləsinin tələbini pozub:

“İnzibatı Xətalar Məcəlləsinə əsasən Zaur Kamal 20 manat cərimələnə bilər”.

https://player.bax.tv/embed/178494.html

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …