Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Zaur icra başçısının qonaqlığından danışdı: “Quzunu qoydu dizinin altına…“

Zaur icra başçısının qonaqlığından danışdı: “Quzunu qoydu dizinin altına…“

“Teymur əmi (Teymur Mustafayev – red.) ilə bizi bir dəfə bir rayona dəvət etdilər. Rayon icra başçısının qəbuluna getdik, oturduq, çay gətirdilər, yemək süfrəsi açdılar. Nə qədər etdim, gördüm boğazımdan keçmir ki keçmir”.

Milli.az xəbər verir ki, bunu Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişinin efirində deyib.

Aparıcı mərhum sənətkarla birgə səfəri barədə danışarkən davamında deyib:

“Sonra Teymur əmi ilə quş ovuna getdik. Ov ovlanan yerdə qamışdan bir daxma var idi. O daxmanın içərisində bir nənə yaşayırdı. Sizi inandırım ki, o nənə bir quzunu qoydu dizinin altına, kəsdi, orada bizə bir kabab çəkdi ki… O qamışlıqda yemək bir ləzzətlə yeyildi ki… Xoşbəxtcəsinə oturduq yerdə, mütəkkəyə söykəndik, əti yedik. O qədər ləzzət etdi ki…”

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …