Ana səhifə / Şou Biznes / Zarinadan QALMAQALLI SÖZLƏR: “Eləsinə ərə getməkdənsə, evdə qalmaq yaxşıdır” – FOTOLAR

Zarinadan QALMAQALLI SÖZLƏR: “Eləsinə ərə getməkdənsə, evdə qalmaq yaxşıdır” – FOTOLAR

“İşi-gücü, evi olmayan birinə ərə gedib acından ölməkdənsə, evdə oturmaq daha yaxşıdır. Elə oturmuşam da evdə…”

Bunu Yenicag.az-a açıqlamasında gənc aktrisa Zarina Qurbanova Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyovun “Evi olmayanların ailə həyatı qurması düzgün deyil” fikrinə münasibət bildirərkən deyib.

Zarina indiki zəmanədə evi olmayan oğlanın evlənməsinə qarşı çıxan Şeyx Əbdülə haqq qazandırıb.

Aktrisa özü də heç vaxt elə oğlanla ailə qurmayacağını bildirib:

“Əvvəlki ağlım olsaydı, deyərdim, oğlanın heç pulu, evi, işi-gücü olmasa da, olar. Yəni zamanla bunları əldə edə bilər. Amma indi qətiyyən belə düşünmürəm. Şeyx Əbdül düz deyir, indiki zəmanədə oğlanın evi, işi-gücü olmalıdır, sonra evlənməlidir.

Əgər bu yaşda özümə karyera qurub, öz hesabıma maddi nələrsə əldə etmişəmsə, ərə gedəcəyim oğlan da bunu bacarmalıdır. Özü də mütləq şəkildə.

Onunla ailə quranda arxayın olmalıyam ki, evi, işi-gücü var, maddi durumu ailəsini saxlamağa imkan verəcək. Ən azı, bilim ki, sonradan ortalıqda boş-boşuna qalmayacaq”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …