Ana səhifə / Şou Biznes / Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi

Zaranın Bakı gəlməsinə iqtidar israr etməsinin səbəbi

Sərdar Cəlaloğlu: “Guya o gələn kimi Qarabağı ermənilərə verəcəyik?!”

Novella Cəfəroğlu: “Bakıya ermənilər gəlib, Şəhidlər Xiyabanına gedib baş da əyiblər”

Ermənistan doğumlu rusiyalı müğənni Zara Mqoyanın iyulun 29-da Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağının müzakirələri hələ də davam edir. Sosial şəbəkələrdə bir qrup azərbaycanlılar erməni müğənninin Azərbaycana gəlişini dövlətə xəyanət kimi qəbul edir, israrla Zaranın Bakıya gəlməməsini tələb edirlər. Müxalifət də Zara Mqoyanın gəlişini kəskin tənqid edir. Rəsmi Bakı isə bütün tənqidləri göz ardı edərək erməni müğənninin festivala qatılmağını dəstəkləyir.

Maraqlıdır, rəsmi Bakı erməni müğənninin paytaxta gəlməsində niyə israr edir?

Картинки по запросу ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, erməni aktrisanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır: “Bu gün Azərbaycanda 20 min erməni yaşayırsa və bunların əksəriyyətinin əri, ya oğlu dövlət vəzifəsində işləyirsə, hansısa bir erməninin Azərbaycana gəlməsi nəyə görə belə qıcıq yaradır ki? Bəzən bu cür demaqoq fikirlərin Dağlıq Qarabağ problemlərinin həll edilmə yoluna ictimaiyyətin diqqətini yayındırırıq. Dağlıq Qarabağı azad etmək nə ermənilərin Azərbaycana gəlməsini qadağan etməklə, nə də bizim özümüzün hansısa incəsənət xadimlərinin Ermənistana getməməklə mümkündür. Dağlıq Qarabağın azad edilməsinin bir yolu var, o da müharibəyə başlayıb, torpaqları azad etməkdir. Hansısa erməni aktrisanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır. Bütün dünya bilsin ki, Azərbaycan tolerant ölkədir, həm də düşmən ölkənin nümayəndəsi gəlib Bakıda konsertdə iştirak edə bilər”.

Картинки по запросу Зара Мгоян jara

Partiya sədri bildirir ki, Zaranın Bakıya gəlişinə etiraz etmək yanlış yanaşmadır: “Xüsusən də ermənilərin Azərbaycana gəlişi ilə bağlı aparılan əks-təbliğat siyasi baxımdan bizim öz əleyhimizə işləyir. Biz erməni xalqı ilə düşmən deyilik ki?! Biz erməni hakimiyyətinin Rusiyanın vasitəsi ilə Azərbaycanın torpaqlarının işğal etməsi siyasətinin əleyhinəyik. Bu siyasət də hərb meydanında həll olur. Nə mahnı festivallarında, nə idman yarışlarında Dağlıq Qarabağın taleyi həll olmur. Bakıya erməni idmançı gəldi, hay-küy qaldırmaqla həll olmaz ki… Biz sadəcə bilməliyik ki, problemin həlli nədir və hansı müstəvidə həll etmək lazımdır. Bəzi adamlar siyasi cəhətdən hadisənin mahiyyətini bilmədən vətənpərvərlik mövqeyindən yanaşırlar və atdıqları addımlar da siyasi cəhətdən Azərbaycanın əleyhinə olur. Biz bütün dünyaya tanıtmalıyıq ki, Azərbaycanda erməni düşmənçiliyi yoxdur. Bu düşmənçiliyi ermənilər Azərbaycan xalqına qarşısı aparırdır, Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi bərabər hüquqda görə bilər. Bunun da nümunəsi müharibə vəziyyətində olduğumuza baxmayaraq, Ermənistanın idmançılarının, sənətçilərinin Azərbaycana gəlib-getməsinə yaradılan şəraitdi. Guya Zaranın Bakıya gəlişi o deməkdir ki, Qarabağı veririk Ermənistana? Zaranın gəlişinə bizim tolerant yanaşmağımız onu göstərir ki, biz ermənilərə düşmən deyilik və Azərbaycan vətəndaşı olan ermənilər də azərbaycanlılarla eyni hüquqla Azərbaycanda yaşaya bilər”.

Картинки по запросу Novella Cəfəroğlu

“Ermənistan Azərbaycan Sülh Platforması”nın üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, o boyda Qarabağ məsələsi, millətin dərdi ola-ola Zaraya fikir vermək düzgün deyil: “Zara kimdir? Yezidi-kürd. Zaranın dərdi Azərbaycana qalıb? Gəlir, cəhənnəmə gəlir, gəlmir, cəhənnəmə gəlməsin. Bizim dərdimiz azdır ki, Zaranın gəlib-gəlmədiyinə fikir veririk? Çox təəssüflənirəm ki, sizlər Zaranın dərdinə qalmışınız. Jurnalistlərin də bu qədər Zaranın gəlməyinə yer ayırması düzgün deyil. İndiyə qədər Azərbaycana neçə erməni gəlib, Şəhidlər Xiyabanına gedib baş da əyiblər. Onda niyə belə ajiotaj yox idi? İndi bir artistin gəlməyinə bu boyda ajiotaj var. Özünüz deyirsiniz ki, bu məsələni sülh yolu ilə həll edək. Zara oxuyandır, oxumağa gəlib. Buna fikir verərlər?!”.

Həmçinin oxuyun

Emin Ağalarov yeni yay mahnısını təqdim edib – VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov repertuarına xas olmayan “Mehriban” adlı yeni mahnısını təqdim edib.“Report” xəbər …