Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Zaqatalada qadın sahibkar hakimdən niyə şikayət edir? – PROBLEM

Zaqatalada qadın sahibkar hakimdən niyə şikayət edir? – PROBLEM

Zaqatala Rayonu Muxax kəndi sakini  Seyidəhmədova Mayram Məhəmməd qızı  Qafqaz Xəbər Agentiyinə şikayət məktubu göndərib. Qafqaznews.az-ın elektron poçtuna göndərilən məktubda bildirilir: “Prezident cənab İlham Əliyev sahibkarlara maneə yaratmamağı məmurlara dəfələrlə tapşırsa da, Zaqatala rayonunda bir çox məmurlar buna əməl etmirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, kənddə bir çörəkbişirmə seximdə 11 nəfər, mağazamda 2 nəfər, a1vtomobil təmiri sexində 3 və çayxanamda 2 nəfər işləyir.Bütün sənədlərim tam qaydasında və hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəməyimə baxmayaraq heç bir əsas olmadan Zaqatala rayon məhkəməsinin hakimi Elburus Məmmədov qanuni fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir”. O qeyd edib ki, qanuni mülkiyyəti olan obyektin sökülməsi üçün məhkəməyə verilən iddianın tam əsassız olmasına baxmayaraq hakim süründürməçilik yaradır.

“Hansı ki, təqdim edilən sənədlərə əsasən həmin iddia əsassız olduğu üçün rədd edilməli idi.İddianı verən kənd sakini Süleymanov Faiq Süleyman oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gələn elektirik xəttini qanunsuz olaraq kəsib ki, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm.3 Bu boyda qanunsuzluq olmaz mən qanunu sənədlərimlə mülkiyyət əldə edib qanunu dövlət vergisini ödəməklə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, burada 18 nəfər də işləyib ailəsinə qazanc aparırlar”, – deyə M.Seyidəhmədova əlavə edib. O vurğulayıb ki, hətta çörəkbişirmə sexini ziyanla işlətməsinə baxm2ayaraq bağlamır ki, burada işləyən zəhmətkeş insanlar işsiz qalmasınlar. “Mən dövlətimizi düşünüb bunu etsəm də Zaqatala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov öz şəxsi maraqlarına görə 18 nəfərin çörəyinə dəymək istəyir. Mən mətbuat vasitəsi ilə bir ağbirçək ana , sahibkar qadın kimi Prezident cənab İlham Əliyevə, Prezident Administirasiyasında yaradılmış Apellyasiya Şurasına müraciət edib xahiş edirəm mənim sahibkarlıq fəaliyyətimə maneə yaradıb süründürməçiliyə məruz qoyan vəzifəli şəxslərin və elektrik xəttini qanunsuz kəsmiş şəxsin barəsində ciddi tədbirlər görəsiniz. Sahibkarların inkişafına xüsusi diqqət yetirdiyi üçün hörmətli Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm”, – deyə vətəndaş əlavə edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın