Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Zaqatalada ilan kənd sakinlərini təşvişə saldı – VİDEO

Zaqatalada ilan kənd sakinlərini təşvişə saldı – VİDEO

Zaqatalada maraqlı hadisə baş verib.
ARB Şəki xəbər verir ki, ilin bu fəslində qış yuxusuna getməli olmasına baxmayaraq 1.5 metrdən çox uzunluğu olan ilan rayonun Yuxarı Çardaqlar kənd sakinlərini təşvişə salıb.
İtburnu yığmaq üçün dağa çıxan kənd sakinləri qəfildən dağın ətəyində ilanla rastlaşıblar. Sakinlər köməkləşərək çətinliklə də olsa daş və paya ilə ilanı öldürüblər. Onların dediyinə görə, ilin bu fəslində ilanın görünməsi nadir haldır. Sakinləri təəccübləndirən isə belə şaxtalı havada ilanın aktiv olması, həm də onlara hücüm etməsidir.
Öldürülən ilanın diametri təxminən 40 sm, uzunluğu isə 1.5 metrdən çox olub. Maraqlısı da odur ki, ilanın öldürüldüyü yer kənd evlərindən cəmi 100 metr aralıdır.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın