Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Zaqatala sakini yeni maşın düzəltdi

Zaqatala sakini yeni maşın düzəltdi

Zaqatala rayonunda 27 yaşlı gənc yeni avtomobil hazırlayıb. Bir ton 250 kq çəkisi olan avtomobilin ərsəyə gəlməsi üçün 5 ilə yaxın vaxt sərf olunub.

Region TV məlumat verir ki, Zaqatala rayonunun Danaçı kənd sakini Abdulla Məmmədov heç bir kənar müdaxilə və yardım olmadan, yalnız ağlı və əl əməyindən istifadə etməklə yeni bir avtomobil növü hazırlayıb.

O, “Abdulla” adlandırdığı bu maşının hazırlanmasında dörd növ avtomobilin hissələrindən istifadə edib. Belə ki, avtomobilin ön daşıyıcı hissəsi və ön təkərləri “Zaporojets”, arxa körpü hissəsi “Moskviç”, arxa təkərləri “Mercedes”, mühərrik və sürət qutusu isə “VAZ 2101” markalı avtomobillərə məxsusdur. Avtomobilin maketi və digər hissələrini isə gənc özü hazırlayıb.

Uşaqlıqdan texnikaya həvəs göstərən A.Məmmədov avtomobil hazırlamağı illər əvvəl arzulayıb. Bu istəyini reallaşdırmağa isə beş il öncə başlayıb. Avtomobil yalnız bir neçə gün əvvəl tam hazır vəziyyətə gətirilib. O bu texnikadan şəxsi təsərrüfatında istifadə etmək fikrindədir.

İki ton yükdaşıma qabiliyyətinə malik avtomobil 100 kilometr məsafəyə 6-7 litr benzin sərf edir. Avtomobilin hazırlanması üçün təqribən 4500 manata yaxın vəsait xərclənib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın