Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Zamiq ailə qurduğunu da dandı: ”O ata olmağımı istəyir”

Zamiq ailə qurduğunu da dandı: ”O ata olmağımı istəyir”

“Dostum Röya həmişəki kimi təbriki ilə məni təəccübləndirdi. Öncə Röyaya və məni doğum günü münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm. Mövzunu niyə Röyayla başladım? Mediadakı dostlarımız onun təbrikindən sonra ata olacağımla bağlı xəbər yayıblar”.

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov deyib.

O ata olacağı barədə yayılan xəbərlərin yalan olduğunu bildirib: “Belə bir şey yoxdur. Röya mənim yeni yaşımda ata olacağımı deyil, mənimlə bağlı ən böyük arzusunu ifadə edib. O bu il ailə qurmağımı, ata olmağımı istəyir. Mənim üçün ata olmaq böyük məsuliyyətdir. Əlbəttə, mən də istəyərəm tezliklə bu statusa sahib olum. Bu xəbərə sevinən dostlarımın diqqətinə çatdırım ki, məni bu mövzuda təbrik etmək hələ tezdir”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …