Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Zakir Həsənov şəhid anasının əlindən öpdü

Zakir Həsənov şəhid anasının əlindən öpdü

Müdafiə naziri Zakir Həsənov Azərbaycanın şəhid olmuş pilotlarının vida mərasimində şəhid anasının əlindən öpüb.

Baku.ws bildirir ki, Azərbaycanın Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları – mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev üçün nazirliyin Təlim Tədris Mərkəzində təşkil olunan mərasimdə şəhid ailələri ilə tək-tək söhbətləşən nazir onlara təsəlli verib. Vətən uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin qisasını alacağını bildirən nazirin şəhid anasının əlini öpməsi insanları qürurlandırıb.

Qeyd edək ki, Qarabağda erməni təxribatına qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı şəhid olan Mİ-24 helikopterinin pilotları II Fəxri xiyabanda dəfn ediliblər.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın