Ana səhifə / Şou Biznes / Zakir Həsənov partlayışa görə müşavirə keçirdi

Zakir Həsənov partlayışa görə müşavirə keçirdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, növbəti dəfə əraziyə baxış keçiriən Müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib.

Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir.

Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın