Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Şou Biznes / “Zakir Həsənov nazir oğullarını da orduya çağırır” – General

“Zakir Həsənov nazir oğullarını da orduya çağırır” – General

Azərbaycan ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov haqqin.az-a müsahibə verib.

O, Azərbaycan Silahlı Qüvvələrininbugünkü durumu, aparılan hərbi islahatlar, eləcə də ordunun nüfuzunun artırılması üçün görülən işlərdən danışıb.

General öz müsahibəsində cəmiyyəti maraqlandıran olduqca mühüm bir məsələyə – imkanlı, vəzifəli şəxslərin övladlarının orduya çağırılmaması ilə bağlı məqama da aydınlıq gətirib.

Y.Aydəmirov bildirib ki, Zakir Həsənov nazir təyin olunandan sonra orduya nəinki hansısa məmurların, hətta nazirlərin oğulları da çağırılır: “Ölkəni hamı qorumalıdır: həm varlılar, həm də kasıblar. Burada başqa variant ola bilməz. Əgər biz bu ölkənin havası ilə nəfəs alırıqsa, onun çörəyini yeyiriksə və əgər bizim əcdadlarımız burada dəfn olunubsa, onu son damla qanımıza qədər qorumaq hər birimizin borcudur”.

Həmçinin oxuyun

Sabiq məmurun qızı boşanmasından danışdı: “Bezmişəm, heç kim vecimə deyil”

Bloqqer Aysel Şükürova həyat yoldaşı Oqtay Əhmədovla boşanma xəbərlərinə münasibət bildirib.  Aysel ünvanına deyilən tənqidlərə …

Bir cavab yazın